Ikiyollu nəqliyyat vasitəsi MAZ-MAN DUO

MAZ – MAN DUO ikiyollu nəqliyyat vasitəsi tikinti işlərinin tamamlanması üçün nəzərdə tutulmuşdur. Burada üstqurma kimi bir sıra iş mexanizmləri quraşdırıla bilər (məsələn xəttlərin üzərində qaynaq işləri üçün konteyner, materialların daşınması üçün yük qoşqusu, mobil iş yeri və ya işçilərin daşınması üçün dolablı üstqurma və s.). Yollarda və dəmiryol xəttlərində iş və hərəkət etməsi və dəmir yolu xəttlərində işlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Nəqliyyat vasitəsi dəmir yol xəttlərində 1435 və ya 1520 mm aralanma (tənzimlənən aralanma) ilə hərəkət etməsi üçün nəzərdə tutulmuşdur.

Xəttin üzərində hərəkət zamanı gediş sürtünmə üsulu ilə həyata keçirilir və yük maşının iki arxa oxları ilə təmin edilir. Maşının ön oxu xəttin üzərində sabitləşdirmə cihazı köməyilə üst vəziyyətdə gedişi üçün nəzərdə tutulmuşdur. Adapterlər hidravlik yerini dəyişmə sistemilə təchiz edilib. Mexanizmlərin hərəkəti hidravlikdir və mobil idarə etmə panelindən elektrik şəkildə idarə edilir. Təhlükəsiz hərəkət etməsi üçün, nəqliyyat vasitəsi, operatorun kabinəsində quraşdırılmış CCTV kamera sistemi və rənqli LCD ilə təchiz edilib. Həmçinin gecə saatlarında işlərin həyata keçirilməsi üçün adapterlərin işıqlandırılması nəzərdə tutulmuşdur.


Geriyə səhifənin əvvəlinə qayıt