Ikiyollu nəqliyyat vasitəsi IVECO EuroCargo DUO - 4x4

IVECO EuroCargo DUO ikiyollu çəkmə nəqliyyat vasitəsi – 4x4 dəmir yol vaqonlarının çəkilməsi və yerini dəyişdirilməsi üçün nəzərdə tutulmuşdur. Nəqliyyat vasitəsini (üzərində otbiçən, budaqları kəsən cihaz, hidravlik kran, suvarma, su səpələmə, iş üçün nəzərdə tutulmuş platforma, konteyner üstqurmalar və s. avadanlıqlar ilə təchiz edilib sə) dəmir yol xəttlərində və kənar yerlərdə texniki xidmət işləri üçün istifadə etmək olar.

Bu ikiyollu nəqliyyat vasitəsinin ən böyük üstünlüyü onun 1000 tona qədər yükün çəkə bilməsidir. Buna görə də burada dörd dənə hava rezervuarı quraşdırılıb. Nəqliyyat vasitəsini vaqon, bamper və s. bu kimi cihazlar ilə və daha asan birləşməsi üçün avtomatik bağlaştırıcı ilə təchiz etmək olar.

Hər iki dəmiryol şassisi hidravlik şəkildə idarə edilir. Xəttlərdə hərəkət etməsi zamanı ön şinlər xəttin üstündən yuxarı qaldırılır. Mexanizmin hərəkəti hidravlikdir və sürücünün kabinəsindən elektrik şəkildə idarə edilir. Təhlükəsiz arxaya hərəkət etməsi üçün nəqliyyat vasitəsi CCTV kamera sistemi, yol işıqlandırılması və gecə saatlarında işlərin həyata keçirlməsi üçün işıqlandırma sistemi ilə təchiz edilə bilər. Bütün əməliyyatların idarə edilməsi elektrik şəkildə sürücününü kabinəsindən həyata keçirilir. Ötürücü hər iki istiqamətdə eyni sürətlə hərəkət etməsini təmin edir. Müştərinin istəyinə görə dana kiçik gediş imkanlarına malik olan (saatda 180m - dən ) nəqliyyat vasitəsini təmin etmək olar.

Geriyə səhifənin əvvəlinə qayıt