DƏMIR YOL DAŞıYıCıSı KOP 6/3

KOP 6/3 dəmir yol konteyneri quraşdırma, materiallar və alətlərin təyin olunan yerə daşınması üçün nəzərdə tutulmuş, özü hərəkət edə bilməyən xüsusi dəmir yol nəqliyyat vasitəsidir.

Konteyner quraşdırma işləri, çınqıl, qum, ayrı-arı hissələrin (şpallar və s. bu kimi materialların) həmçinin çəkisi 3 ton olmaqla daha böyük hissələrin daşınması üçün istifadə etmək olar. Böyük bağlı sahəsi sayəsində alətlər hər zaman əl altındadır.

Dəmir yolu konteyneri üzərində dörd dənə panel prujin ilə iki ox olmaqla əsas çərçivədən ibarət olan aşağı hissədən ibarətdir. Oxların üzərində dəmir yol konteyneri çənəli dəmir yol təkərləri ilə təchiz edilmişdir. Yuxarı hissəsində alətlər üçün nəzərdə tutulmuş yer və onun üstündə taxta döşəmə var. Uzun yan tərəflər qatlanan yan hissələrdən ibarətdir. Arxa tərəfi sabit yan hissədən, ön hissə sabit yan panellər və nərdivan ilə təchiz edilmişdir. Ortada barmaqlıqlar ilə qatlanan platforma quraşdırılmışdır. Bütün bu hissə sabit barmaqlıq ilə təchiz edlmişdir. Həmçinin hava (əyləc) dəsti ilə təchiz edilmişdir.

Geriyə səhifənin əvvəlinə qayıt